🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İcazəsi olanlara sərt XƏBƏRDARLIQ

04.07.2020 10:35 866 baxış sayı 2 dəq. oxuma
İcazəsi olanlara sərt

Sərtləşdirilmiş karantin rejiminin elan edildiyi ərazilərdə olan qurumlarda işləyən və fəaliyyətinə icazə verilən şəxslər öz avtomobillərindən qeyri-iş saatlarında istifadə etməməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, adları icazə portalında olan şəxslər yalnız fəaliyyətinə icazə verilmiş qurumların, təşkilatların, müəssisələrin işçiləridir.

"Onların adları icazə portalına ona görə daxil edilib ki, işə gedib-gələ bilsinlər. Amma həmin şəxslər nəzərə almalıdırlar ki, əgər onların işlədikləri qurumlar şənbə və bazar günləri fəaliyyət göstərmirsə, adlarının icazə portalında olmasından istifadə etməməlidirlər. Yəni, belə hal karantin rejiminin pozulması hesab olunur. Kimlərsə vacib işlə, ərzaqla və ya digər zərurətlə əlaqədar evlərini tərk etməli olsa, onda adi SMS vasitəsilə icazə almalıdır", - deyə şöbə rəisi qeyd edib.

Paylaş: