
“İlk atəşi Ermənistan açdı”

“Mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi”.
Bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir?” sualını cavablandırarkən deyib:
Dövlət başçısı bildirib ki, cavab, Ermənistandır və bizim sübutlarımız var:
"Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur.
İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”.
Oxşar xəbərlər

Ermənistanın Gəncəyə atəşi nəticəsində daha bir mə...
Son Xeberler

Tovuz istiqamətində 2 erməni polis yaralandı
Son Xeberler

Bərdəni atəşə tutan “Smerç” məhv edildi -
Son Xeberler

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-ində y...
SON Xəbər

Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başl...
Son Xeberler

Düşmənin “OSA” ZRK-sı vuruldu -
Son Xeberler