İran, Əsədin istəyi ilə Suriyaya qoşun göndərə bilər
Suriyada müxaliflərin hücumları nəticəsində Əsəd rejimi ciddi çətinliklərlə üzləşib. Hələb, İdlib və Tel Rıfat kimi strateji əhəmiyyətli bölgələrin müxaliflər tərəfindən ələ keçirilməsi ilə Əsədin ümidi artıq müttəfiqlərinə bağlıdır.
İran: Əsəd istəsə, ordumuz köməyə gedəcək
Əsədə ən önəmli dəstəyi verən İrandan yeni açıqlama gəldi. İran Xarici İşlər Naziri Abbas Ərakçi Şamın tələbi halında İran ordusunun Suriyaya göndərilə biləcəyini bildirdi. Ərakçi həmçinin, vəziyyətin qiymətləndirilməsi üçün Moskvaya səfər edə biləcəyini, lakin bunun hələ təsdiq olunmadığını vurğuladı.
İlk dəstək İranlı milislərdən gəldi
Digər tərəfdən, Əsədə ilk dəstək İraqdakı İran tərəfdarı şiə milislərindən gəldi. Reuters agentliyinin verdiyi məlumata görə, bu milislər Suriyanın rejim ordusuna yardım etmək üçün ölkəyə daxil olublar.
İran Xarici İşlər Naziri Şamda Əsədlə görüşdü
Qeyd edək ki, İran Xarici İşlər Naziri Abbas Ərakçi son günlərdə Şamda Beşar Əsədlə görüşüb. Görüşdə İranın Suriyanın xalqına və ordusuna terrorla mübarizədə, regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında tam dəstək verdiyini bildirib. Əsəd, ABŞ-ın regionu xaosa sürükləmək planının bir parçası kimi baş verən hadisələrdən danışıb və “Keçmişdə olduğu kimi, Suriyanın bu dəfə də qalib gələcəyini” əlavə edib.
Oxşar xəbərlər
Şimali Koreya Ukraynaya Qoşun Göndərə Bilər
Bugun.az
Savaş meydanı böyüyür
Xəbər Anı
ABŞ-ın Əsədin ittihamlarına cavabı: Qətiyyətli möv...
Son Xeberler
İran Xarici İşlər Naziri Suriyaya Səfər Etdi
Son Xeberler
Əsədin Görülməmiş Şəkilləri İctimaiyyətə Sızdı
Son Xeberler
İsrail Hücumlarından Sonra Minlərlə Livanlı Suriya...
Son Xeberler