AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində agentliyin müfəttişləri "AGRO ALLIANCE" Məhdud Məsuliyyətli Cəmiyyətinin İraqdan ölkəmizə idxal edilən 23.50 ton quru xurma məhsuluna baxış keçiriblər.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində quru xurma məhsulunda kif göbələyi aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.