🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İşğaldan azad olunan ərazilərdə təhsillə bağlı görüləcək İŞLƏR

29.12.2020 06:14 428 baxış sayı 3 dəq. oxuma
İşğaldan azad olunan ərazilərdə təhsillə bağlı görüləcək

“İşğaldan azad edilən Azərbaycan ərazilərində təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə həmin ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır”.

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, ekoloji və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır: “Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqların artırılması, onlarda vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək”.

F.Qurbanov həmçinin xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. 

Paylaş: