
İsmayıllıda bir ailənin 3 üzvü koronavirusa yoluxdu

İsmayıllının Ticran kəndində şəhid ailəsi koronavirusa yoluxub.
Bu barədə "BakuPost"a Tircan kəndi üzrə icra nümayəndəsi Əhməd Əhmədov məlumat verib. Onun sözlərinə görə, yoluxanlardan 3-ü bir ailənin üzvləridir:
"Bunlar şəhid anası, onun oğlu və gəlinidir. Digər yoluxan isə 22 yaşlı gənc qızdır. O demək olar ki, evlərindən çölə çıxmayıb. Haradan yoluxması bizə də maraqlıdır.
Digər ailəyə gəldikdə isə onların iştirak etdikləri yas mərasimində virusa yoluxduqları güman edilir. Ailənin qohumlarının mərasimi İsmayıllıda olub. Yas sahibinin gəlini də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib".
Xəstələrdən ikisi Ağdaş, 2-i isə Balakəndə xəstəxanaya yerləşdirilib. Şəhid anasının ürək xəstəliyi də olub. Onun vəziyyəti digərlərinə nisbətən ağır olduğu üçün reanimasiyadadır. Hazırda yoluxanların vəziyyətləri normaldır".
Oxşar xəbərlər

Bu qəsəbədə bir ailə koronavirusa yoluxdu -
Son Xeberler

Makron koronavirusa yoluxdu
Son Xeberler

Qazaxıstanın Səhiyyə naziri koronavirusa yoluxdu
İdman Xəbər

ŞOK: Koronavirusa yoluxdu - Rusiya çalxalanır
Anar Türkeş

Fərəh Əliyeva koronavirusa yoluxdu
Son Xeberler

Hacı Nuran koronavirusa yoluxdu
Son Xeberler