
İstanbula ilk qar nə vaxt yağacaq?

Yay aylarında hava temperaturları mövsüm normalarından yüksək idi; quraqlıqla keçən günlər vətəndaşları lap bezdirmişdi. Lakin oktyabrın ortasında temperaturun qəfil düşməsi qışın erkən gəlməsinə səbəb oldu. Bir çox şəhərlər artıq ağ örtüyə büründü, qalın geyimlər və papaqlar çıxarıldı. Meteorologiya Xidməti sabah üçün 24 şəhərə sarı kodla xəbərdarlıq edərkən, İstanbula qar yağacağı vaxt maraq doğururdu.
Daxili İşlər Nazirliyi bəzi vilayətlərdə gözlənilən güclü və göy gurultulu leysan yağışları səbəbilə vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırdı. Nazirliyin sosial şəbəkə hesabında yayılan məlumata görə, bu gün Diyarbəkir, Şanlıurfa və Mardinin şimalında, Batman, Bingöl, Muş, Bitlis, eləcə də Ərzurum, Ağrı, Vanın şimalı və Qars ərazilərində güclü, bəzi yerlərdə isə göy gurultulu leysan yağışları gözlənilir.
ŞƏRQİ QARADƏNİZDƏ GÜCLÜ YAĞIŞ XƏBƏRDARLIĞI
Şərqi Qaradəniz bölgəsində gözlənilən leysan yağışlarının Trabzonun şərqində, Rize və Artvinin şimal hissələrində yerli olaraq daha güclü olacağı proqnozlaşdırılır. Bundan əlavə, Şərqi Aralıq dənizi bölgəsində gözlənilən leysan və göy gurultulu yağışların Osmaniyə ətrafı, Hatayın sahil rayonları və Adananın şərqində yerli olaraq şiddətli olacağı təxmin edilir.
24 ŞƏHƏR ÜÇÜN SARI KOD XƏBƏRDARLIĞI
Meteorologiya Baş İdarəsi 24 şəhərdə şiddətli leysan, tufan və qar yağışlarının gözlənildiyini bildirərək sarı kod xəbərdarlığı yayıb. Həmin vilayətlərdə yaşayanlardan qəfil sel basqınlarına, güclü tufanlara və qar yağışlarına qarşı ehtiyatlı olmaları tələb edilib.
İSTANBULA QAR NƏ VAXT YAĞACAQ?
Temperaturlarda baş verən kəskin enişdən sonra bir çox şəhərdə qar yağışı özünü göstərdi. Milyonlarla vətəndaş isə “İstanbula qar nə vaxt yağacaq?” sualının cavabını maraq edir. CNN Türk-ə danışan professor Orhan Şən ağılları qəlizə salan suala aydınlıq gətirib.
Əvvəlcə ölkə daxilindəki son vəziyyətə toxunan Şən deyib: "Yeni həftədə yağışlar bütün ölkə ərazisində azalacaq. Bitlis, Muş, Mardin, Diyarbəkirdə güclü yağışlar var. Bu axşam həmin yağışlar selə çevrilə bilər. İç Anadolu və Şərqi Anadoluda temperaturlar düşməyə başlayıb. Bu gün və sabah günorta saatlarında qar yağışları müşahidə edilə bilər. Sivas, Van, Bitlis, Ərzurum, Ərzincan bölgələrində qarı görə bilərik. Dünən axşam bir çox şəhərdə qar yağışı başladı. Qar yağışları bir qədər də arta bilər".
"İSTANBULA QAR YENİ İLDƏN ƏVVƏL YAĞMAYACAQ"
Daha sonra meqapolisə toxunan Orhan Şən bu ifadələri işlədib: "İstanbula qar Yeni ildən əvvəl yağmayacaq. İstanbulda qar yağışı yaz aylarına qədər davam edəcək. Uzun müddət davam edəcəyi görünür. Normal bir qış keçirəcəyik. Yəni həm yağış olacaq, həm də qar."
Etiketlər
Oxşar xəbərlər

Bakıda Qar Nə Vaxt Yağacaq?
Bugun.az

Leysan yağacaq, dolu düşəcək
Xəbər Anı

Azərbaycanlı gənc Türkiyədə itkin düşdü -
Son Xeberler

Bakıda leysan yağacaq
Xəbər Anı

Sabah yağış yağacaq? - Hava dəyişkən olacaq
Bugun.az

Tarkana AĞIR İTKİ
Bugun.az