Karantin cəriməsini ödəməyən vətəndaşların Nəzərinə
"Çox təəssüflər olsun ki, bu fikirdə olan insanlar hələ də mövcuddur və düşünürlər ki, cərimə olunmaqlarına baxmayaraq karantin rejimi ləğv ediləndən sonra cərimələrin bağışlanması prosesi gedə bilər".
Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
O əlavə edib ki, belə bir güzəşt olmayacaq: "Cərimələrin ləğvi ilə bağlı qanunvericiliklə hər hansı hüquq norması mövcud deyil. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar olmadığına həmin cərimələrə nə güzəşt tətbiq olunur, nə də bir ay ödənilmədiyi təqdirdə üzərinə faiz gəlir.
Yol hərəkəti qayda pozuntusunun ödənilməməsinə görə əgər 3 ay müddətinə ödənilməzsə, həmin şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Amma karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr 3 ay müddətinə ödənilməzsə, artıq həmin şəxslər ictimai işlərə cəlb ediləcəklər.
Deyək ki, aprel ayının əvvəlindən xüsusi karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilibsə, mayın, iyun, iyul - 3 ay tamam oldusa, artıq məhkəmənin qərarı ilə həmin şəxslər haqqında məcburi ictimai işlərə cəlb edilmək haqqında qərar çıxarıla bilər. Onlar 160 saatdan-240 saatdək həmin işlərə cəlb oluna bilərlər. Bu qərarın tələblərinin pozulmasına görə, artıq onlar 3 ay müddətinə inzibati həbs oluna bilərlər".
Oxşar xəbərlər
Polis cəriməsini yerində ödəməyən şəxsi bölməyə ap...
Son Xeberler
Azərbaycanda karantinlə bağlı daha bir qadağa
Son Xeberler
Bakıda karantin postları fəaliyyətə başladı
Son Xeberler
Həftəsonu sərtləşdirilmiş karantin rejimi ilə bağl...
Son Xeberler
DOST mərkəzləri xüsusi rejimdə işləyəcək
Son Xeberler
DİM-in bütün inzibati binalarında vətəndaşların qə...
Son Xeberler