🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Karantin dövründə toylar necə keçirilməlidir? TƏKLİFLƏR

23.06.2020 07:26 473 baxış sayı 8 dəq. oxuma
Karantin dövründə toylar necə keçirilməlidir?

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən əsas tədbirlərdən biri də toy mərasimləridir. Bu dövürdə gizli toy mərasimlərinin keçirilməsi və yaxud sadəcə nikah bağlamaqla yeni ailələlər qurulmasını görürük.

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, Dünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələrin mütəxəssisləri də qeyd edib ki, koronavirus pandemiyası hələ bir müddət davam edəcək:

"Biz artıq epdemiya şəraitində yaşamağa öyrəşməliyik və həyat tərzimizi ona uyğun qurmalıyıq. Ona görə də biz 400-500 nəfərlik toylardan artıq imtina etməliyik. Təbii ki, toy insanların bir arzusudur və bunu uzun müddət təxirə salmaq olmaz. Ancaq əvvəlki təmtəraqlı toyların keçirilməsi indiki vəziyyətdə mümkün deyil. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah bu şəraitə uyğun təlimatlar hazırlaya, normalar müəyyən edə bilər.

Misal üçün, toyda iştirak edəcək insanların sayı, buna uyğun yemək sifarişi və toyun davam etmə müddəti müəyyən edilməlidir. Çünki virus qapalı məkanda müəyyən zaman daxilində yolxucu konsentrasiyanı toplaya bilir. Məsələn, toya 30 adam gəlibsə və onun biri virus daşıyıcısıdırsa, həmin şəxs asqırdığı və ya öskürdüyü zaman dərhal yanındakı insanı yoluxdura bilər, Hətta asqırıb-öskürmədiyi halda belə tənəffüs vasitəsilə 50 dəqiqə ərzində ətrafındakı insanları yoluxdura bilər. Ona görə də toylar üçün müəyyən bir vaxt qoyulmalıdır və məclisə az sayda insan cəlb olunmalıdır, sosial məsafə gözlənilməlidir".

Toyların maska ilə keçirilməsini təsəvvür edə bilmirəm. Bu qədər çağırışlara və cərimələrə baxmayaraq, insanlar küçələrdə və marketlərdə maska taxmırlar, o ki qaldı toya maska ilə gedəcəklər. Bu, bir az real deyil. Ancaq insan sayını azaltmaq, ən azı girişdə insanların hərarətinin ölçülməsi, burun-boğazda axıntı və ağrıların olmasını müəyyənləşdirmək də vacibdir. Bir də toyda iştirak edənlərin siyahısı olmalıdır və onlar da toydan sonra bir neçə gün ərzində nəzarətdə saxlanılmalıdır".

Komitə sədri hesab edir ki, digər bir metod toyların ayaqüstdə keçirilməsidir: "Yəni vacib deyil ki, insanlar gəlib saatlarla oturub musiqi dinləsinlər. Tutaq ki, 15-20 nəfər testdən keçmiş ailə üzvləri və yaxın qohumlar toyda iştirak edir, qalan insanlar isə qısa müddətə gəlib bəylə gəlini təbrik edib və öz hədiyələrini verib gedir. Bu və ya digər şəkildə toyları keçirmək olar".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva isə bildirib ki, bu elan olumamış koronavirus müharibəsində bütün dövlətlər təxirəsalınmaz tədbirlər həyata keçirir:

"Azərbaycanda da bu istiqamətdə tədbirlər görülür və bütün bunlar əlbəttə ki, insanların sağlamlığını qorumaq məqsədi daşıyır. Belə bir dövrdə insanların gündəlik həyata nə şəkildə davam edəcəkləri ilə bağlı müəyyən nüanslar ortaya çıxır. Bu nüanslardan bir də toylardır.

İstər-istəməz həyat davam edir və toylar da bir şəkildə tənzimlənməlidir. Düşünürəm ki, toylar az sayda insanın iştirakı, ara məsafəsinin qorunması ilə nikah bağlanması formasıda keçirilə bilər. Artıq Türkiyədə və bir sıra ölkələrdə bununla bağlı proqramlar hazırlanıb.

Bura da vətəndaş məsuliyyəti də çox önəmlidir. Dövlət tərəfindən lazımi tədbirlər görülür, qaydalar qoyulur və tövsiyələr verilir, ancaq mən düşünürəm ki, birinci növbədə insan özü-özünü qorumalıdır. Vətəndaşlar öz məsluliyyətini dərk etməli və müəyyən müddət həmişəki alışqanlığından qaçmalıdır. Bəlkə təmtəraqla deyil, az adamın iştirakı ilə toylar keçirilə bilər. Qaydalarla bərabər, insanların da buna şüurlu şəkildə getmələri vacibdir. Qaydalara əməl etməklə toy mərasimləri keçirmək olar. Çünki görünən odur ki, bu virus hələ bizimlədir. Buna görə də düşünürəm ki, müəyyən məsələlər var ki, onları da həyatımızda tənzimləmək lazımdır".

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, indiki şəraitdə Operativ Qərərgahın tövsiyələrinə və təlimatlarına əməl etməliyik:

"Həyatımızı pandemiya dövründə bu qaydalara uyğun dəyərləndirməliyik. Biz ətrafdakılarımızı da düşünməliyik. İnsan özü virus daşıyıcısı ola bilər, onda heç bir əlamət hiss edilməyə bilər, ancaq onun yoluxdurduğu insan ağır vəziyyətə düşə, ölə bilər. Ona görə də bu məsələyə məsuliyyətlə yanaşmalıyıq. Xüsusən, Azərbaycan toylarının formatı elədir ki, orada nə sosial məsafə qorumaq mümkün olacaq, nə də insanlar maska taxacaq. Ona görə də Operativ Qərərgah hansı qərarı verirsə, hər bir vətəndaş vəzifəsindən asılı olmayaraq ona riayət etməlidir".

Paylaş: