10.11.2020 15:36
6
abunə
311
Komitə sədri sülhməramlı məsələsinə münasibət bildirdi

"Münaqişənin tənzimlənməsi ilə bağlı imzalanan sənəddə mühüm bəndlərdən biri də sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Münaqişə zonasında kiçik sayda və yüngül silahlarla təhciz olunmuş Rusiya və Türkiyə sülhməramlı qüvvələri razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcəklər".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Rusiya 90-cı illərdəkindən fərqli olaraq, bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu.

"Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməməlidir. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq. Əsas qalib isə Azərbaycandır. Bundan sonra regionda heç bir qüvvə Azərbaycanın maraqlarına qarşı çıxa bilməz. Regionun ən güclü ölkəsi bizik!"

Daxil olun


x
This website is using cookies. More info. That's Fine