Koronavirus ağciyərlərdən sonra ən çox bu orqanı zədələyir

04.07.2020 16:23 740 baxış sayı 2 dəq. oxuma
Koronavirus ağciyərlərdən sonra ən çox bu orqanı zədələyir

Fransalı mütəxəssislərin iddiasına görə, koronavirus xəstələrində ağciyərlərdən sonra ən çox zədələnən daxili orqan böyrəklərdir.

Tədqiqatçıların fikrincə, ağciyərlər nəzərə alınmazsa, COVID-19 infeksiyası 80 faiz hallarda böyrəkləri zədələyir.

Xəstələrin sidiyində zülalların, fosfatların və qlükozanın izafi həcmi məhz böyrəklərin zədələnməsinin əlamətidir. Alimlər qeyd edirlər ki, virus ilk növbədə böyrək kanalcıqları sistemini sıradan çıxarır.

Bütün bunların nəticələri çox ciddi ola bilər: belə ki, fosfatların bədəndən xaric olunması sümükləri kövrəkləşdirir, qanın turşuluğu artır.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: