Koronavirus beyni də zədələyirmiş - ŞOK FAKTLAR
Koronavirus insanın beynini bütün digər viruslardan daha ciddi şəkildə zədələyə bilər. Yəni koronavirus nəinki ağciyərləri və tənəffüs yollarını, həm də insan orqanizminin digər orqanlarını da zədələyir. O, ürəyə, qan damarlarına, əsəb toxumalarına, dəriyə xətər vura bilir.
Macarıstan, AFR və Böyük Britaniyadan olan bir qrup alim bu qənaətə gəlib. Onlar COVID-19-un bu xəstəliyə yoluxan və hətta koronavirusdan sağalan insanın beyninə təsirini birgə öyrəniblər. Məlum olub ki, hətta xəstəliyin yüngül simptomlarının aşkarlandığı pasiyentlərin də beyni ciddi zədələnə bilər.
Alimlər, həmçinin koronavirusun əmələ gətirdiyi xəstəliklərin də tədqiqatını aparıblar. Nəticədə onlar koronavirusun bəzi pasiyentlərdə sağlamlıqla bağlı uzunmüddətli problemlər əmələ gətirdiyini təsdiqləyiblər. Xəstələrin çoxu sağaldıqdan sonra da uzun müddət özlərində təngnəfəslik və yorğunluq hiss edirlər. Sağalanların bəzisi isə əl-ayaqda keyləşmə, zəiflik, yaddaş problemindən əziyyət çəkirlər.
Məsələn, sınaqlarda iştirak edən, daha əvvəl psixi xəstəliklərdən əziyyət çəkməyən bir qadın xəstəxanadan evə buraxılan gün özünü qəribə aparmağa başlayıb, onda psixi pozğunluğun bütün əlamətləri yaranıb.
COVID-19-a yoluxmuş 40 pasiyentə onlarda daha əvvəl rast gəlinməyən kəskin dağınıq ensefalomielit diaqnozu qoyulub.
Alimlər xəbərdarlıq edirlər ki, sağalanların bəzisində virus orqanizmdə yalnız sonrakı illərdə gözə çarpacaq beyin zədələnməsi kimi fəsadlar törədəcək. Bununla yanaşı, alimlər xatırladırlar ki, “ispan qripi”ndən sağalan təqribən 1 milyon insanda sonradan beyin zədəsi kimi ağırlaşmalar aşkarlanıb.
Etiketlər
Oxşar xəbərlər
İflic olan anasını kürəyində gəzdirmək üçün evini...
Xəbər Anı
Şeyx koronavirus testindən keçdi:
Son Xeberler
Deputatların növbəti koronavirus testinin nəticəsi...
Son Xeberler
Bu ölkədə 100 gündür COVID-19-a yoluxan yoxdur
Son Xeberler
SON DƏQİQƏ! Putin koronavirus peyvəndinin hazır ol...
Son Xeberler
Mixael Şumaxer yenidən əməliyyat olunacaq
İdman Xəbər