🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirusun ömürlük fəsadları AÇIQLANDI - Ciyərlərdə fibroz,ürəydə zədə...

24.06.2020 05:29 480 baxış sayı 2 dəq. oxuma
Koronavirusun ömürlük fəsadları AÇIQLANDI -

Koronavirusun fəsadları virusa yoluxmuş insanları bütün həyatı boyu təqib edə bilər.

Bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri bildiriblər. Onların sözərinə görə COVID-19-a yoluxmuş hər üç pasiyentdən biri həyatının qalan hissəsində ciyərlərin zədəsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

Koronavirusadan sağalan insanların 30 faizinin orqanizmində gələcəkdə ciyərlərin fibrozu inkişaf edə bilər. Keçmiş pasiyentlərin 50 faizi ömürlük fiziki və psixoloji pozuntulardan əziyyət çəkə bilər. Virusdan sağalan hər on britaniyalıdan birinə ürəyin kəskin zədəsi diaqnozu qoyulur.

Bundan başqa, alimlər tez-tez bildirirlər ki, koronavirus Alsqeymer xəstəliyinin inkişafı imkanını artıran beyin zədələrinə səbəb ola bilər.

Mənbə: "The Daily Telegraph"

Paylaş: