Kürün suyu artıb - RƏSMİ
Son günlər şimal və şimal-qərb bölgələrinə yağan güclü yağışlar Kür çayında suyun artmasına səbəb olub.
Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimov bildirib. Onun sözlərinə görə, həmin bölgələrdə olan çaylardan sel suları keçib və sonda Kürə tökülüb:
“Bildiyimiz kimi son vaxtlar Kürün Neftçala və Salyandan keçən hissəsində suyun səviyyəsinin enməsi müşahidə olunurdu. Hətta Neftçalada duzlu su şirin suya qarışırdı. Ancaq son günlər yağan yağışlar Kürdə suyun artmasına səbəb olub. Belə ki, Qəbələ-Ağdaşdan keçən Turyançay və Göyçay çayından güclü yağışlardan sonra sel suları keçib. Bu çaylar isə sonda Kürə tökülür və artıq dünən aldığımız məlumatlara görə, bu proses Kürə müsbət təsir edib”.
Q.Kərimov əlavə edib ki, eyni zamanda yağışlar zamanı nasos stansiyaların işləməməsi də Kürdə suyun artımına təsir edib:
“Yağış yağdığına görə, nasos stansiyalar da müvəqqəti işləmirdi. Bu da öz növbəsində Neftçala və Salyan rayonlarında Kürün suyunun artmasına kömək olub”.
Etiketlər
Oxşar xəbərlər
Virusa yoluxan gənclərin sayı artıb
Son Xeberler
Bu xəstəliyi olanlara isti su ilə çimmək olmaz -
Son Xeberler
İlham Əliyevdən mühüm
Son Xeberler
Soğan möcüzəsi...
Tibbi məlumatlar
Prezident İlham Əliyev İsmayıllı ilə bağlı
Son Xeberler
Kürdə vəziyyət kritik həddə çatıb-
Son Xeberler