Lavrov Ceyhun Bayramova ZƏNG ETDİ
Oktyabrın 14-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ceyhun Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginlik ilə bağlı məlumat verdi və qarşı tərəfin diqqətinə çatdırıb ki, 14 oktyabr tarixində gecə saat 1-də Ermənistanın silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə və mühüm əhəmiyyət kəsb edən infrastruktura hücum etmək məqsədilə Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaq üçün hazırlıq vəziyyətinə gətirilmişdi. O, vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələri özünü müdafiə etmə hüququ çərçivəsində və öz mülki əhalisini qorumaq məqsədilə işğal altında olan Kəlbəcər rayonunun Azərbaycan-Ermənistan sərhəd ərazisində hərbi legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv edib və bununla növbəti insan faciəsinin qarşısını alaraq, çox sayda Azərbaycan mülki şəxslərinin həyatını xilas edib. Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Xarici İşlər naziri Sergey Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Son Xeberler
Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacı...
Xəbər Anı
Ceyhun Bayramov “Son zəng”i çaldı
Son Xeberler
Ceyhun Bayramov Lavrovla görüşdü
Son Xeberler
Lavrov, Bülbüloğlu'nun Missiyasını Naharla Qeyd Et...
Son Xeberler
Çavuşoğlu və Lavrov Qarabağı müzakirə etdi
Son Xeberler