
Xəbər Anı
4 abunə
Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş
31.10.2024 10:32
117 baxış sayı
1 dəq. oxuma

Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.
O, rəfiqəsi Bakı Ali Neft Məktəbinin Magistratura şöbəsinin əməkdaşı olan İ.Bayramova ilə birgə Bakıdan Xaçmaza qonaq gedib və oktyabrın 28-də Seyidli kəndi ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün zəhərləniblər.
İ.Bayramova Bakıya gətirilərkən yolda, G.Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib.
Oxşar xəbərlər

"Banu"nun Günelindən ölüm xəbərinə REAKSİYA
Bugun.az
36
12/03 04:25

İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak...
Xəbər Anı
136
05/11 09:43

Günel İbrahim Tatlısəslə konsertə hazırlaşır
Xəbər Anı
114
01/11 17:15

Vəfat edən qadın tanınmış həkim imiş - FOTO
Bugun.az
20
27/03 06:25

Boşanmağa görə öldürülən Cəmalə tibb bacısı imiş -...
Bugun.az
50
13/02 20:25

Üç dost ad günü məclisindən sonra faciəvi şəkildə...
Xəbər Anı
136
06/11 16:48