🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Lavrovun “iki başlı” niyyəti: İrəvan geri addım atır? - AÇIQLAMA

25.09.2020 07:49 404 baxış sayı 4 dəq. oxuma
Lavrovun “iki başlı” niyyəti:

Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan sülh prosesinin davam etdirilməsində maraqlı olduqlarını bəyan edib.

“Sülh prosesinə alternativ yoxdur. Biz sülh prosesinin davam etdirilməsinə məhz bu məntiq çərçivəsində hazır olmuşuq və hazır olaraq qalırıq”.

Mnatsakanyanın bu açıqlamasına münasibət bildirən Politoloq Məhəmməd Əsədullazadə müsahibəsində bildirdi ki, hazırda danışıqlar prosesi dayanıb, Ermənistan real güc görmədikdə absurd şərtlər irəli sürür.

“Məhz hazırkı gərgin situasiya rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinin nəticəsidir. Hesab edirəm ki, yenidən danışıqlara qayıtsaq əvvəlki manipulyasiya davam edə bilər.

Ona görə də Azərbaycan indiki vəziyyətdə müharibə etməklə vəziyyəti öz xeyrinə dəyişə bilər. Ermənistan da substantiv danışıqlarlara gələ bilər. Güc tətbiqinin hazırda alternativi yoxdur.”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı 5 rayonun qaytarılması barədə açıqlama vermişdi.

Məhəmməd Əsədullazadə bildirib ki, Sergey Lavrov yenidən əvvəlki danışıqlar prosesinə qayıtmaq planına uyğun olaraq belə deyir.

“Madrid prinsipləri masada olub. Sadəcə məqsəd status-kvonu qorumaqdır. Həmin təkliflər Azərbaycanın maraqlarına uyğun deyil.

Sergey Lavrov Ermənistanın sözçüsü və maraqlarını müdafiə edir. Yenidən vaxt qazanmaq onlar üçün məqbuldur. Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanla kordinasiyalı çalışır. Verdiyi təkliflər bütövlükdə Ermənistan və Rusiyanın maraqlarına xidmət edir.

Azərbaycan artıq "Madrid prinsiplərindən" imtina etməlidir. Danışıqları yalnız BMT qətnamələri əsasında aparılmasını tələb etməlidir. Əgər, bu kimi danışıqlar olmasa hərbi variantlara üstünlük verməlidir.

Hazırda tarixi şans və şərait var. Ermənistan danışıqlar masasında BMT qətnamələrini qəbul etmir, Azərbaycana qarşı növbəti torpaq işğalını planlayır. Ona görə də Azərbaycan Ermənistanın danışıqlar mesajına öz beynəlxalq hüquqa əsaslanan təkliflərini verməlidir. Təbii ki, Ermənistan bu təkliflərlə razilaşmayacaq.”

Politoloq bildirdi ki, Qarabağ məsələsi Ankara Moskva gündəliyinə çıxacaq. Bu, labüddür. Müharibənin başlanması bu prosesi sürətləndirə bilər. Müharibə Azərbaycanın maraqlarına cavab verir.

Etiketlər

Paylaş: