
Lənkəranda top mərmisi aşkarlandı

İyulun 2-də saat 09:40-da Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Etiketlər
Oxşar xəbərlər

Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan va...
Son Xeberler

Füzulidə doqquz ədəd top mərmisi aşkarlandı -
Son Xeberler

PS5 Pro Texniki Detalları Aşkarlandı!
Texnologiya xəbərləri

Lənkəranda yaşayan gənclər üçün Ödənişsiz mühasiba...
Edumap.az Təhsil Portalı

Ermənilər səhər saatlarında Tərtərə 250-yə yaxın t...
Son Xeberler

Lənkəranda baş verən kütləvi davada
melumat.tv