Lüksemburqda erməni terroruna etiraz - FOTOLAR
Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Place d'Armes meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Lüksemburqdakı azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.
Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədi ilə meydana rəmzi olaraq sahibsiz ayaqqabılar düzülüb, şəhər sakinlərinə Dağlıq Qarabağla bağlı buklet və lifletlər paylanıb. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Gəncə cəbhə bölgəsi deyil”, “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.
Oxşar xəbərlər
Kanadada Gəncə terroruna qarşı etiraz yürüşü keçir...
Son Xeberler
Osloda erməni terroruna etiraz aksiyası keçirilib
Son Xeberler
Çikaqoda Gəncə terroruna etiraz aksiyası -
Son Xeberler
Azərbaycanlılarla ermənilər arasında dava -
Son Xeberler
Sürixdə erməni terroruna etiraz -
Son Xeberler
Sidney və Brizben şəhərlərində Gəncə terroruna eti...
Son Xeberler