Məktəblər bağlandı, distant təhsil də dayandırılır? Təhsil Nazirliyindən AÇIQLAMA

19.10.2020 14:01 443 baxış sayı 2 dəq. oxuma
Məktəblər bağlandı, distant təhsil də dayandırılır?

“Sentyabr ayından dərslər həftənin müəyyən günləri əyani şəkildə, digər günlər isə distant şəkildə keçirilirdi. İndi hal-hazırda mövcud şərait belədir ki, distant təhsilin keçirilməsində də məhdudiyyətlər yaranıb. Bu zaman uşaqlara bircə alternativ variant qalır, o da teledərslərin keçirilməsidir”.

Bu barədə Təhsil Nazirliyinin Audit şöbəsinin müdir müavini Elnur Hacıyev deyib:

“Müəllimlər şagirdlərə ötürəcəyi məhsulları müəyyən resuslarda yerləşdirsinlər. Televiziya kanallarında keçirilən dərslər həmin resuslarda, mövcud proqramlara uyğun, ardıcıl və sistemli şəkildə çatdırılmalıdır”.

E.Hacıyev onu da qeyd edib ki, mümkün olan vaxtlarda canlı dərslər keçirilsin:

“O cümlədən valideynlərin də üzərinə məsuliyyət düşür. Həmin vaxt uşaqlarının dərsi dinləyə bilməsi üçün şərait yaratmalıdırlar. Yaxşı olardı ki, dərsi dinlədikdən sonra şagirdlərə tapşırıqlar verilsin, əllərindəki vəsait ilə tapşırıları yerinə yetirsinlər. İnşallah ki yaxın vaxtlarda qələbə sevinci olar, şagirdlərimiz daha normal və keyfiyyətli səviyyədə təhsillərini davam etdirsinlər”.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: