🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Məscidlərin fəaliyyəti nə zaman bərpa olunacaq? - İlahiyyatçı alim AÇIQLADI

17.08.2020 07:55 368 baxış sayı 7 dəq. oxuma
Məscidlərin fəaliyyəti nə zaman bərpa olunacaq? -

Bu gün dövlətimiz tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Çünki hələ də pandemiya təhlükəsi aradan qalxmayıb. Bu reallığı nəzərə alaraq hazırda ölkəmizdə insanların kütləvi yerdə toplaşmasına müəyyən qadağalar tətbiq edilir. Eyni zamanda məscidlərdə toplaşmaq və kütləvi dini mərasimlərin keçirilməsinə də müəyyən məhdudiyyətlər mövcuddur.

Bu fikirləri Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, qarşıdan müsəlman dünyasında xüsusi önəm verilən ənənəvi mərasimlərdən biri olan Məhərəmmlik ayı gəlir:

“Hər il milyonlarla müsəlman bir araya toplanaraq, məhərrəməliklə bağlı mərasimləri qeyd edir. Ölkəmizdə də Məhərrəmlik hər zaman dini qaydalar və kütləvi dini mərasimlərin keçirilməsi ilə qeyd olunur. Amma bu gün pandemiyanın yaratdığı reallıqdan irəli gələrək ölkəmizdə iri ticarət mərkəzləri, kütləvi iaşə obyektləri, məscidlərin fəaliyyətinə müəyyən məhdudiyyətlər var. Bu məhdudiyyətlər dünyada və ölkəmizdə virusun yayılmasının qarşısın almaq üçün tətbiq edilib. Çünki bu xəstəlik daha çox insanların sıx olduğu yerlərdə yayılır. Müşahidələrdə göstərdi ki, müəyyən yumşalmalar tətbiq edildikdən sonra kütəvilik səbəbindən virusa yoluxanların sayı artdı”.

Deputat vurğulayıb ki, ona görə də hazırkı dövrdə hər bir vətəndaşımız bu məsələyə ciddi əməl etməli və mümkün qədər kütləvi tədbirlərin keçirilməməsi təmin olunmalıdır.

İlahiyyatçı alim bu il Məhərrəmlik ayı və məscidlərin fəaliyyəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində müəyyən forma və qaydaların müəyyənləşdiyini bildirib.

Onun sözlərinə görə, karantin rejimi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi din xadimləri ilə bir neçə görüş təşkil edərək öz müvafiq tövsiyələrini çatdırıb.

Fəlsəfə doktoru vurğulayıb ki, dinimizin özündə də insanların sağlamlığına xüsusi önəm verilir: "Hər bir müsəlmandan tələb edilir və onlara tövsiyə olunur ki, öz sağlamlığını qorusunlar. Hədislərin birində də vurğulanır ki, insanların çoxu iki nemətin qədir-qiymətini tam bilmirlər. Bunlardan biri sağlamlıq, digəri isə zamandır. Çünki insan sağlam olmadığı halda zəruri ibadətləri, din ayinləri də icra edə bilmir. Bu nöqteyi-nəzərdən dinimizin də tələbi ondan ibarətdir ki, sağlamlıq əsas şərtdir. Oruc ibadətinin şərtlərindən biri də məhz insanın sağlam olmasıdır. Namazla da bağlı müəyyən şərtlər var ki, insan xəstə olarkən nələrə fikir verməlidir. Əgər bir insan ayaqüstə namaz qıla bilmirsə, o oturuqlu vəziyyətdə də ibadətini yerinə yetirə bilər. Dəstəmaz alarkəndə insan bədənində hər hansı bir xəstəlik varsa və su ona hər hansı bir zərər vura bilərsə, dəstəmazla bağlıda müəyyən hökmlər mövcuddur. Bu baxımdan da hər bir müsəlman pandemiyaya da məhz bu prizmadan yanaşmalı, sağlamlığımızı qorumalıyıq”.

İlahiyyatçı qeyd edib ki, bu gün bütün müsəlmanlar böyük həsrətlə məscidlərin açılmasını gözləyir: “Onlar cümə, camaat namazlarını məscidlərdə qılmaq istəyir. Ancaq əsas məqam ondan ibarətdir ki, insanlar öz sağlamlıqları üçün bir müddət kütləvi tədbirlərdən uzaq durmalıdır. Biz müşahidə etdik ki, mar- aprel aylarında sərt karantin tətbiq edildi və yoluxmada faiz nisbəti aşağı düşdü. Lakin sonradan yumlaşma tətbiq edilən kimi virusa yoluxmada artım faizi həddən artıq çoxaldı. İndiki dövrdə müəyyən yumşalmalara gedilib və insanlara tövsiyə edilir ki, daha diqqətli olsun. Çünki uzun müddət bu, belə davam etməyəcək”.

Ceyhun Məmmədov bildirib ki, virusun aradan qalxması ilə insanlar normal həyatlarına davam edəcəklər.

Deputat məhz bundan sonra məscidlərin fəaliyyəti tam bərpa olunacaq və insanlarımız bütün zəruri dini ayinləri icra edə biləcəklərini söyləyib: “Məhərrəmlik mərasimlərini də növbəti illərdə daha kütləvi və tələblərə uyğun qeyd olunacağı mümkün olacaq. Ona görə də bu dövrdə hər birimiz səbrli və təmkinli olmalıyıq. Dinimizdə də bu tələb qoyulub ki, insan sağlamlığı hər bir məsələdən önəmlidir. Təhlükə varsa, insanlar ibadətlərini məscidlərdə icra edə bilmirlərsə, namazlarını ev şəraitində qıla bilərlər. Burada hansısa bir qəbahət və günah yoxdur”.(Teleqraf)

Etiketlər

Paylaş: