
Son Xeberler
9 abunə
Milli Qəhrəmanın qardaşı Ali Baş Komandana müraciət etdi
15.07.2020 08:08
623 baxış sayı
5 dəq. oxuma

Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin qardaşı, xüsusi xidmət orqanlarının ehtiyatda olan polkovniki Elcan Abdullayev Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
"Cənab Ali Baş Komandan! Bu günə qədər iştirak etdiyim müharibələrdən qazandığım döyüş təcrübəsi, nəinki, döyüş yoldaşlarıma, eləcə də çiyin-çiyinə 20 il birlikdə xidmət etdiyim xüsusi xidmət orqanları əməkdaşlarına və ön cəbhədə olan generallara və yüksək rütbəli zabitlərə də məlumdur.
Sizə bildirmək istərdim ki, Vətənin bu ağır günündə bütün döyüş bacarığımı və təcrübəmi Vətənimiz, dövlətimiz və xalqımız üçün ön cəbhədə bir daha düşmənə qarşı döyüşdə istifadə edə bilmək mənim üçün şərəf olar.
Cənab Ali Baş Komandan! Biz Sizin döyüş əmrinizi gözləyirik!
Bugünlərdə Vətən uğrunda şəhid olan Azərbaycan oğullarına Allahdan rəhmət diləyirəm. Onların ailələrinə Allahdan səbr arzu edirəm!
Bilirəm ki, bu gün ön cəbhədə mənim sizə müraciətimi görüb döyüşlərə ruh yüksəkliyi ilə atılacaq yüzlərlə hərbi qulluqçular var. Onlara bildirmək istəyirəm ki, Azərbaycan xalqı sizinlə
fəxr edir! Gözünüz arxada qalmasın!"

A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Milli Qəhrəmanın anası vəfat etdi
Son Xeberler
980
27/07 10:17

MM Ali Baş Komandana və xalqa müraciət edəcək
Son Xeberler
547
12/11 07:27

İlk dəfə xanımlar rayon prokuroru təyin olundu
Son Xeberler
744
19/06 12:38

Virciniya Cuffrinin Qardaşı Kral III Çarlza Müraci...
Son Xeberler
23
18/10 15:31

Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçir...
Azəri Xəbər
11
22/10 13:43

Milli Qəhrəmanın qızı Milli Məclisə gəldi
Son Xeberler
429
25/01 15:27


