“Moskva danışıqlarla KTMT-dəki öhdəliklərini pozmayıb”
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Dağlıq Qarabağda tənzimləmə mövzusunda razılıq əldə etməklə KTMT üzərindəki öhdəliklərini pozmadığını bildirib.
S. Lavrov bu barədə “Russia Today” telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, bəzi analitiklər Rusiyanı Kollektiv Təhlükəsizlik Müqaviləsindəki öhdəliklərinə xəyanət etməkdə günahlandırırlar.
“Birincisi düşünürəm ki, bu insanlar sadəcə siyasi cəhətdən savadsız və hüquqi cəhətdən təhsilsizdirlər. İkincisi, KTMT öhdəliklərinin yalnız KTMT üzvü bir dövlətin xarici təcavüzdən kollektiv qorunması ilə məhdudlaşdığını bilməməkləri mümkün deyil. Əlbəttə ki, bu hal Ermənistanla baş verməyib. Bu cür nümunələr çoxdur. Onları xaricdə və Rusiya Federasiyasındakı müəlliflərin vicdanına buraxıram”,- deyə Lavrov əlavə edib.
Oxşar xəbərlər
Ermənistanın üzv olduğu hərbi blok təcili
Son Xeberler
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”...
Son Xeberler
Paşinyan Kremli Makrona dəyişir
Son Xeberler
Rusiya Azərbaycanla uçuşları bu tarixdən bərpa edi...
Son Xeberler
“20 yanvar” dairəsində yenidənqurma işləri yekunla...
SON Xəbər
Peskov Ermənistanın Rusiya ilə bağlı ittihamına ca...
Son Xeberler