🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Moskva üçün ''SOYUQ DUŞ'' effekti - NATO-Rusiya qarşıdurması BAŞLAYIR?

01.03.2021 11:47 520 baxış sayı 4 dəq. oxuma
Moskva üçün ''SOYUQ DUŞ'' effekti -

''ABŞ Rusiyaya qarşı yeni təzyiq mərhələsinə başlayıb. Bu, beynəlxalq münasibətlər sistemində, həmçinin Qafqaz və Qara dəniz regionunda daha da qabarıq şəkildə özünü göstərəcək''.

Bu fikirləri bildirən politoloq Məhəmməd Əsədullazadə  açıqlamasında bildirdi ki, Gürcüstanda və Ermənistanda yaşanan siyasi böhran məhz ABŞ-Rusiya kimi qarşıdurması kimi xarakerizə etmək olar. Çünki, iki ölkədə baş verənlər siyasi müstəvidə davam edir.

"Prosesin ən böhranlı vəziyyəti əsasən, Ukrayna və Qara dənizdə baş verənlərdi. Bu periferiyada birbaşa maraq toqquşması hərbi müstəvidə həyata keçirilir. Krımla bağlı Ağ Ev rəhbəri Bayden ciddi addımlar atacağını elan edib.

Qara dəniz altında Rusiyanın sərhəddində NATO-nun “Poseidon 21″ hərbi təlimlərinə start verilib. Bu hərbi təlimlərdə Rusiya ilə isti münasibətlərə malik olan Fransa, Yunanıstan və Türkiyə də fəal iştirak edir. Qara dənizdə keçirilən bu təlimlər bibaşa ABŞ -NATO əlaqələrinin bərpası və Rusiyaya qarşı müttəfiqlərin bir araya gəlməsinin göstəricisidir.

Artıq bundan sonra ABŞ Rusiyaya qarşı təkcə deyil, NATO çətiri altında hərbi müstəvidə təzyiqlər edəcək".

M.Əsədullazadə qeyd etdi ki, Qara dənizdə keçirilən hərbi təlimlər Moskva üçün soyuq duş effekti yaratmaqla yanaşı, NATO-Rusiya qarşıdurmasının başlanğıcıdır.

"NATO Baş katibi Y. Stoltenberq Rusiya ilə qarşıdurmaya hazır olduqlarını qeyd etmişdi. Məhz keçirilən bu hərbi təlimlər regionda gərginliyi artırmaqla yanaşı yeni lokal münaqişələrə yol aça bilər. Həmçinin Ukraynanın Donbasda hərbi əməliyyatlara başlanmasına gətirib çıxara bilər".

ABŞ-ın siyasi planı Donbasda müharibənin başlanmasına rəvac vermək və bunun müqabilində öz hərbi iştirakını Qara dəniz və Ukraynada genişləndirməkdir".

Bəs bu baş verənlər Azərbaycana təsir edə bilərmi?

"Cənubi Qafqaz və burada Azərbaycana təsirlərinə gəldikdə isə, baş verənlər ölkəmizin regional maraqlarına cavab verir. Bu təlimlər və təzyiqlər Qafqazda Rusiyanın aqressiv siyasətinin cilovlanmasına hesablanır".

Paylaş: