Moskvada sabahdan restoranlar və uşaq bağçaları işə başlayacaq
Rusiyanın paytaxtı Moskvada iyunun 23-ü yeni növ koronavirusla əlaqədar yaranan vəziyyətə görə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsinin üçüncü mərhələsi başlayır. Bu mərhələ çərçivəsində sabahdan restoranlar, fitness mərkəzləri, uşaq bağçaları fəaliyyətini bərpa edəcək, idman və istirahət üçün şəhər infrastrukturu istifadəyə veriləcək.
Bunu Moskva şəhərinin meri Sergey Sobyanin öz bloqunda yazıb.Sabahdan üç aylıq aradan sonra restoran və kafelər açılacaq: "Fitnes klubları, hovuzlar və idman-sağlamlıq komplekslərinin fəaliyyəti bərpa olunacaq. Kitabxanaların və uşaq bağçalarının fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər ləğv edilir".
Şəhərin meri qeyd edib ki, əhalinin sosial müdafiəsi qurumları normal fəaliyyət rejiminə qayıdır. Bölgələrin tədricən "açılmasını" və tətil mövsümünün yaxınlaşmasını nəzərə alaraq, şəhər rəhbərliyi turizm agentliklərinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi barədə qərar qəbul edib. Lakin Moskvada ekskursiyaların təşkili hələki mümkün olmayacaq
Oxşar xəbərlər
Tbilisidə bütün uşaq bağçaları təcili bağlanır
Son Xeberler
Şad Xəbər! Uşaq bağçaları bu tarixdən açıla bilər...
Son Xeberler
Moskvada koronavirusla bağlı son vəziyyət
Son Xeberler
MDB Liderlərinin Moskvada Qeyri-Rəsmi Yeməyi Keçir...
Bugun.az
Moskvada yoluxma halları bir ayda iki dəfə azaldı
Son Xeberler
“50-dən artıq məktəbə ziyan vurulub”
Son Xeberler