04.11.2020 15:10
6
abunə
372
Tbilisidə bütün uşaq bağçaları təcili bağlanır

Gürcüstanın paytaxtı Tbilisidə bütün məktəbəqədər müəssisələr 5 noyabrdan etibarən rəsmi olaraq faəliyyətini dayandıracaq.

Bu barədə şəhər rəhbərliyi tərəfindən keçirilən iclasda qərar verilib.

Paytaxt meri Kaxa Kaladze bildirib ki, bu, məcburi bir tədbirdir və şəhərdəki çətin epidemioloji vəziyyətlə əlaqələndirilir.

“Sabahdan etibarən epidemioloji vəziyyət yaxşılaşana qədər uşaq bağçaları tamamilə bağlanacaq”,- deyə Kaladze qeyd edib.

Gürcüstanda uşaq bağçaları uzun müddət davam edən tətildən sonra oktyabrın 12-də açılsa da, müəllim və uşaqlara arasında artan yoluxma halları səbəbindən bir-birinin ardınca bağlanmağa başlamışdı.

Hazırda Tbilisidə 183 uşaq bağçasında 58 min uşaq qeydiyyata alınıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine