🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Mübariz Mənsimovun adamları jurnalisti hədələyir -

24.09.2020 12:40 415 baxış sayı 4 dəq. oxuma
Mübariz Mənsimovun adamları jurnalisti hədələyir -

Bir neçə gün əvvəl Yenisabah.az-da “Mübariz Mənsimovun gizli əlaqələri üzə çıxdı: İlk görüş barda baş tutub” başlıqlı məqalə yayımlanıb. Həmin material Jurnalistlərin beynəlxalq korrupsiya və kriminal araşdırma qrupu olan OCCRP (Organized Crime and Corruption Reporting Project) ABŞ-da Donald Trampın prezident seçilməsi və ona kimlərin dəstək verməsi ilə araşdırmanın nəticəsi olaraq hazırlanıb.

Yazı Azərbaycan dilinə Report İnformasiya Agentliyi tərəfindən tərcümə olunub və “Yeni Sabah”da həmin agentliyə istinad edilərək yayımlanıb. (Yazı bu LİNKDƏ).

Yazının dərcindən bir gün sonra “Yeni Sabah”a və saytın baş direktoru Elnur Məmmədliyə qarşı M. Mənsimovun adamları tərəfindən hücumlar başlayıb. Bu hücumların, təhqir və hədələrin total şəkil alması kampaniyanın “Palmali” rəhbərliyi tərəfindən idarə olunması ehtimalını yaradır. Bildirək ki, sözügedən material ölkənin əksər media orqanlarında yayılıb və “Yeni Sabah”ın xüsusi olaraq hədəf seçilməsi suallar yaradır.

Kampaniya isə ondan ibarətdir ki, M.Mənsimova yaxın olan bir qrup insan E. Məmmədlinin fotosuna təhqiramiz ifadələr və hədələr yazaraq sosial şəbəkələrdə paylaşır. Hətta bunların bəzilərində cinayətə çağırışlar da var ki, bunları görməzdən gəlmək mümkün deyil. Kampaniyanı aparanların demək olar ki, hamısı Mənsimovun fotosunu profil şəkili ediblər. Başqa sözlə, onun fotosunun arxasında gizlənərək hədələr və təhqirlər yağdırırlar. Bunu onlarla paylaşımın "screen" fotoları ilə sübut etmək mümkündür və bəzilərini oxuculara təqdim edəcəyik.

Məsələ ilə bağlı E. Məmmədli bildirib ki, həmin hədələr və təhqirlər haqda hüquq-mühafizə orqanlarına müraciət ediləcək: 

“Təbii ki, onların kim olduqlarını müəyyən etmək o qədər də çətin deyil. Azərbaycan hüquqi dövlətdir. Cinayətə çağırış, hədə hüquqi məsuliyyət yaradır. Bizim Mübariz Mənsimova qarşı qərəzimiz yoxdur. Məhkəmə proseslərini işıqlandırırıq. Lakin bu bir reallıqdır ki, son vaxtlar yayılan xəbərlərin heç biri onun xeyrinə deyil. Hətta məhkəmə iclasında özünün verdiyi ifadə belə əleyhinə işləyirdi. Bu baxımdan hansısa bir qrupu tərbiyəsizliklə silahlandırmağa ehtiyac yoxdur. Özü Türkiyə hüququnun ədalətinə inandığını dəfələrlə vurğulayıb. Belə olan halda çirkin kampaniyanı dayandırıb məhkəmənin qərarını gözləməlidir”.

Paylaş: