04.12.2020 14:32
6
abunə
973
Müharibədə ən çox itkini harada vermişik? - AÇIQLAMA
"Açıqlanmış itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər”.
Bu sözləri hərbi ekspert Nazim Bayram deyib. O bildirib ki, bu qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi:
 
"Əsas itkilərimiz düşmənin, mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini  yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik.
 
Azərbaycan xalqı Vətən uğrunda verdiyi şəhidlərini heç vaxt unutmayacaq!
 
Vətən sağ olsun!”

Daxil olun


x
This website is using cookies. More info. That's Fine