
Nazirlər Kabinetindən icbari tibbi sığorta ilə bağlı QƏRAR

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilib.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, tibbi sığorta haqları “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na daxil edilib. Belə ki, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatında “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib.
Müvafiq qərara əsasən, büdcə gəlirlərinin təsnifatına köməkçi bölmələr əlavə edilib.
Eləcə də, sosial və icbari tibbi sığortaya ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq, sosial təminata, sosial ehtiyaclara, işsizlikdən sığortaya və icbari tibbi sığortaya ayırmalara bölünüb.
Qeyd edək ki, büdcə gəlirlərinin təsnifatı büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qruplaşmasıdır. Büdcə gəlirləri dörd kateqoriyadan - vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlərdən ibarətdir.
Oxşar xəbərlər

Nazirlər Kabinetindən yeni
Son Xeberler

Pulsuz Dərmanlar: İcbari Tibbi Sığortadan Nə Gözlə...
Bugun.az

Kimlər tibbi sığorta haqqı ödəməkdən azaddır?
Son Xeberler

Çek-ap müayinələr pulsuz ola bilər?
Xəbər Anı

XOŞ XƏBƏR: Tibbi xidmətlər tamamilə PULSUZ OLACAQ...
Son Xeberler

Baş Nazir QƏRAR VERDİ -
Son Xeberler