“Normal həyat gələn ilin qışında olacaq”
“COVID- 19” virusuna qarşı vaksini tapan Türkiyə əsilli həkim Prof. Dr. Uğur Şahin normal həyata gələn ilin qışında qayıdacağımızı açıqlayıb.
O, bu barədə BBC-də yayımlanan “Andrew Marr Show” proqramında danışıb.
U. Şahin qeyd edib ki, vaksinin 90 faiz təsir etmə ehtimalı var, lakin virus tam olaraq 50 faiz insanda yox olacaq:
“Mən vaksindən əminəm. Bununla da, koronavirusun yayılmasının qarşısı alınacaq. Hər şey qaydasında olsa, vaksin bu qış sonu və gələn ilin əvvəlində istifadə olunacaq. Məqsədimiz odur ki, aprel ayınadək 300 milyon vaksin paylayaq. Normal həyat gələn ilin qışında olacaq. Hər kəsin vaksinlə təmin olunması isə gələn ilin payızında baş tutacaq”.
Qeyd edək ki, U. Şahin qısa müddət əvvəl xanımı Dr. Özlem Türeci ilə birlikdə koronavirus vaksinini ixtira etdiklərini açıqlamışdı. Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Aynişan Quliyeva həyat yoldaşından ayrılıb?
Şou Xəbər
NASA Mars səthindən gələn ilk səsləri yayımlayıb
Son Xeberler
Bu rayona da sürət qatarı olacaq
Xəbər Anı
Gələn ildən bu dərmanlar pulsuz veriləcək
AzMedia
İngiltərədən sonra Kanada da təsdiqlədi
Son Xeberler
ÜST-dən AÇIQLAMA -
Son Xeberler