Növbəti əfv sərəncamı nə vaxt olacaq? - AÇIQLAMA
Sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. Bu səbəbdən də komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Bütün hallarda əfv sərəncamının verilməsi Prezidentin konstitusion səlahiyyətlərinə aiddir və ölkə başçısı bu hüququndan istənilən vaxt istifadə edə bilər.
Bu barədə tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, əfvin dekabrda deyil, martda veriləcəyi ilə bağlı onlar da xəbər alıblar:
“Bizə isə deyilib ki, əfv sərəncamı dekabrda olacaq. Bizim siyahıda 37 nəfər var. Amma həbsdə olan islamçıların da azad edilməsi üçün müraciət ünvanlamışıq. Azərbaycan Vətən müraribəsində zəfər çalıb və bu cəmiyyətin bütün təbəqələrində böyük sevinc hissi ilə qarşılanıb. Biz cəmiyyətdə sülh və barışığın tərəfdarı kimi həbsdə olan, siyasi motivlərlə tutulan insanların da azad edilməsini xahiş etmişik. Bizə əfvin dekabrda olacağını deyiblər. İnanmıram ki, Əfv Novruz bayramına qalsın”.
Novella Cəfəroğlu deyib ki, Ədliyyə Nazirliyinin yaratdığı xüsusi komissiya da fəaliyyətdədir və həmin komissiya vasitəsi ilə də məhkumların mərkəmə qərarları ilə vaxtından əvvəl azad edilməsi baş tutur.
Etiketlər
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclası nə vaxt keçirilcək?
Son Xeberler
Orduya gedən könüllülər nə vaxt tərxis olunacaq? -...
Son Xeberler
Çempionlar Liqası:
İdman Xəbər
Təhsil Nazirliyi Firudin Qurbanova TAPŞIRILDI -
Son Xeberler
Bu aydan pensiyalar ARTIRILIR -
Son Xeberler
Bayrağımız Xankəndində nə vaxt dalğalanacaq? -
Son Xeberler