"Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır" Tanınmış aktyor
“Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır. Ayın 20-dən sonra karantini yenə uzatsalar, onda infarkt keçirəcəm”.
Bu fikirləri tanınmış aktyor Natiq Fərzəliyev bildirib.
Aktyor insanların yayın istisində evə qapadılmasının onları maddi və mənəvi sıxıntılara saldığını deyib:
“Yayın istisində insanları evə qapamaq olmaz. Sağlamlığımla bağlı problemlərim var, D vitamini qəbul etməliyəm, hardan alım? Evdə oturmuşuq, kondisioneri də yandıra bilmirik, uşaqlar qoymur. Mən istiyə dözə bilmirəm. İnsanlar kondisioner işlətmir, çünki pul yazır. Əgər belədirsə, qazı, işığı, suyu limitsiz etsinlər.
Bu günəmuzd işləyənlər, evdə oturanlar neyləsin onda?
Hər dəfə on beş gün karantin elan edirlər, vaxt çatanda yenə uzadırlar. Bölgələrdə gedib dincələnlər olur, hamısından xəbərimiz var. Mən də gedərəm, amma postda məni saxlasalar, bunu özümə ayıb bilərəm. Şərait yaratsınlar, bu insanlar heç olmasa, on gün gedib rayonlarda dincəlsinlər. Çünki psixoloji cəhətdən çox yorulublar, özlərinə qapanıblar. Qərar verirlər, amma bu xalqı da gərək düşünsünlər. Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır. İndi ayın 20-dən sonra karantini yenə uzatsalar, onda infarkt keçirəcəm”.
Aktyor onu da bildirib ki, neqativ xəbərlərlə insanları qorxu altında saxlamaq olmaz:
“Hər gün də xəbər verirlər ki, bu qədər adam öldü, xəstəxanalarda yer yoxdur, payızda ikinci dalğa gəlir, daha pis olacaq, ölüm-itim artacaq… İnsanları belə stressdə saxlamaq olmaz, psixoloji təsir edir. Heç olmasa, efirlərdə əyləncəli verilişlər versinlər ki, insanlar bir az da olsun o stressdən çıxa bilsinlər. Bu dərəcədə olmaz. Qorxudan nə qədər adam şəkər xəstəliyi tutub, infarkt keçirib”.
Oxşar xəbərlər
Xalq artistindən tənqidlərə cavab: "Hamı hər şeyi...
Şou Xəbər
Tolik OD PÜSKÜRDÜ: "Nə OYUNDAN çıxdığını BİLİRƏM"
Şou Xəbər
Rəmişin həkimindən SON AÇIQLAMA: "Vaxt itirməmək ü...
Son Xeberler
Canlı yayıma zəng edib, Minanı biabır etdi:
Şou Xəbər
Bu bitki ömrü 10 il uzadır
Tibbi məlumatlar
"Nadirin soyuducusu hər zaman doludur.
Şou Xəbər