Pandemiyanın turizmə təsirlərinin aradan qaldırılması müzakirə olunub
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə “2020-Turizm sahəsi üçün böhranlı il. Azərbaycan və Rusiyanın anti-böhran təcrübəsi” mövzusunda onlayn müzakirələr aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Biznes Klubunun icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskaya, Azərbaycan Dövlət Turizm Agentliyinin böyük məsləhətçisi Sevinc Quliyeva, Azərbaycan Turizm Bürosunun departament müdiri Sevinc Zeynallı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev, Rusiyanın Ticarət və Sənaye Palatasının departament müdirinin müavini Viktoriya Kalinina, turizm şirkətlərinin və digər qurumların nümayəndələri iştirak ediblər.
Qeydb edək ki, onlayn müzakirələrdə iştirakçılar Azərbaycan və Rusiyada turizm sahəsinə göstərilən dövlət dəstəyi tədbirləri, postpandemiya dövründə turizmin inkişaf perspektivləri, turizm obyektlərində insanların sağlamlığının qorunması ilə bağlı görülən işlərlə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az
Prezident bu rayonlara pul ayırdı -
Son Xeberler
Koronavirusun bitmə tarixi – Açıqlandı
Son Xeberler
Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək...
Son Xeberler
Yaponiyada güclü zəlzələ: Onlarla yaralı var
Son Xeberler
Dövlət Komissiyasının ilk iclası keçirildi
Son Xeberler