🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Paşinyan qalmaqallı statusu ilə bağlı izahat verməli oldu

16.11.2020 10:37 639 baxış sayı 3 dəq. oxuma
Paşinyan qalmaqallı statusu ilə bağlı izahat verməli oldu

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində etdiyi paylaşım tərəfdarları da daxil olmaqla ermənistan ictimaiyyəti tərəfindən tənqidlərlə qarşılanıb, insanlar onu vətəndaş müharibəsinə təşviq etməkdə günahlandırıb.

 Paşinyan onlayn mətbuat konfransı zamanı sözügedən açıqlama ilə bağlı izahat verib.

Bir gün əvvəl Paşinyan feysbuk hesabında paylaşdığı statusda cəbhə xəttindəki döyüşçülərin dərin düşüncəsinə heyran qaldığını və onları İrəvanda gözlədiyini bildirib: “Sizi İrəvanda gözləyirəm. Nəhayət divarların altında deyinənlərin məsələlərini həll etmək üçün”,- deyə Paşinyan statusunda bildirib.

Onun bu paylaşımı sosial şəbəkədə erməni istifadəçilər tərəfindən narazılığa səbəb olub və onu vətəndaş müharibəsi və zorakılığa çağırmaqda təqsirləndiriblər.

Paşinyan izah edib ki, paylaşımında əsgərləri Yerevanda onlarla şəxsən görüşmək üçün gözlədiyini deyib.

“İndi hökumət bəzi qaranlıq sxemlərdə iştirak etməkdə günahlandırılır. Cəbhə xəttində olan hərbçilər Qarabağdakı vəziyyəti hamıdan yaxşı bilir. Onların çoxu mənimlə görüşmək istəyirlər və bunun üçün geri dönmələrini səbirsizliklə gözləyirəm”,- deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, cəbhədən gələn əsgərlər silahla geri dönməyəcəklər, ona görə də onun vətəndaş müharibəsinə çağırış etməsi ilə bağı iddialar tamamilə əsassızdır.

“Sadəcə, indi bütün insanlar əsəbidirlər, onları idarə etmək asandır”,- deyə Ermənistan baş naziri qeyd edib.

Paylaş: