
Bu erməni dövlətçiliyinin formalaşmasına mane oldu - Paşinyan

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə "Hökumət saatı"nda bildirib.
"Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, Qarabağ hərəkatı davam etməməlidir", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağ hərəkatının davam etdirilməsindən imtina məntiqində ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin müzakirəsini mümkün hesab edir.
Bununla belə, Paşinyan bu məsələ ilə bağlı yekun qərarın qəbul edilməsində tələsmədiyini etiraf edib.
Oxşar xəbərlər

"Nə oldu Paşinyan?, Şuşanın sağlığına içirdin" - E...
Son Xeberler

Paşinyan özünü təcrid etdi
Son Xeberler

Paşinyan azsaylı tərəfdarlarının qarşısına çıxdı
Son Xeberler

Paşinyan yeni "müharibə" üçün çağırış etdi
Bugun.az

Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaç...
Son Xeberler

Paşinyanın Yeni İmajı: "Nə Oldu Paşinyan?"
Son Xeberler