Paşinyan azsaylı tərəfdarlarının qarşısına çıxdı

18.11.2020 18:16 558 baxış sayı 2 dəq. oxuma
Paşinyan azsaylı tərəfdarlarının qarşısına çıxdı

Yerevanda Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının mitinqi keçirilib.

Narazı kütlənin günlərdir davam edən aksiyalarına qatılmayan Paşinyan bu dəfə güclü mühafizə altında tərəfdarlarının arasına çıxıb. Qısa nitq söyləyən erməni nazir “lazım olsa, hamını meydana dəvət edəcəyəm” deyib və bununla da öz kiçik tərəfdarı ilə istefasını tələb edən xalqa meydan oxuyub.

Artıq erməni xalqı arasında “satqın” obrazı formalaşdıran Paşinyan “söz verirəm ki, xalqa xəyanət etməyəcəyəm” deyərək acizliyini bir daha nümayiş etdirib.

Paşinyan dərhal cangüdənləri tərəfindən dövrəyə alınaraq hökumət binasına qayıdıb.

F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: