“Paşinyanı çox yaxşı tanıyıram, istefa verməyəcək” - Zohrabyan
“Nikol Paşinyan kimi bir şəxs könüllü olaraq istefa verməyəcək”.
Bunu “Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan bu gün parlament dinləməsində deyib.
Zohrabyanın sözlərinə görə, mövcud hökumət vətəndaşlarının mənafeyini qorumaqda tamamilə acizdir. O bildirib ki, heç bir dövlət orqanı əsirlərin mübadiləsinə dair danışıqlarda iştirak etmir.
“Nələrin baş verdiyini anlamaq üçün rus sülhməramlıları ilə əlaqə qurmalıyıq”, - deyə erməni millət vəkili qeyd edib.
Zohrabyan bildirib ki, Paşinyanı çox yaxşı tanıyır (Zohrabyan təxminən 20 il əvvəl, o zaman jurnalist kimi çalışan Paşinyanın “Haykakan Jamanak” qəzetində işləyib- red.), buna görə də onun vəzifəsindən könüllü şəkildə getməyəcəyinə əmindir.
O həmçinin qeyd edib ki, baş nazir istefa etməzsə, müxalifət qanunla icazə verilən bütün etiraz vasitələrindən istifadə edəcək.
“Parlamentin indiki spikeri Ararat Mirzoyanın bir dəfə də dediyi kimi, girə bilməyəcəyimiz hər hansı bir bina yoxdur, çünki tələblərimiz qanunidir”,- deyə Zohrabyan qeyd edib.
Xatırladaq ki, Ermənistanda müxalif partiyalar 10 noyabrdan etibarən Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirirlər.
Oxşar xəbərlər
Erməni milyonçu Paşinyanı özünü güllələməyə çağırd...
Son Xeberler
Trampın müşaviri istefa verdi
Son Xeberler
Ermənistanda daha bir nazir istefa verdi
Son Xeberler
"Space" TV-nin prezidenti istefa VERDİ
Son Xeberler
Qırğızıstanın Baş Naziri istefa verib
Son Xeberler
Qaçqın Şuşan Stepanyan istefa verəcək
Son Xeberler