🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Paşinyanın hakimiyyətdə qalmağa mənəvi haqqı yoxdur“ - Baş prokuror

29.10.2020 07:57 349 baxış sayı 3 dəq. oxuma
“Paşinyanın hakimiyyətdə qalmağa mənəvi haqqı yoxdur“ -

Azərbaycan xalqına qarşı növbəti cinayət birbaşa Ermənistanın siyasi hərbi rəhbərliyi tərəfindən törədilib.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə jurnalitlərə açıqlamasında deyib.

Baş Prokuror bildirib ki, düşmənin bu addımı Azərbaycanın döyüşdəki uğurları ilə bağlıdır: “Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, Ermənistanın siyasi rəhbərliyi tərəfindən belə terror aktları törədilir. Hazırda cinayət işi başlanıb, istintat əməliyyat qrupu işləyir. Tam məsuliyyətimlə deyirəm ki, dünyada və tarixdə belə cinayətləri törədənlər heç vaxt məsuliyyətdən qaça bilməyiblər”.

K.Əliyev, həmçinin vuğulayıb ki, bu cinayətin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfi də var: “Ermənistan rəhbərliyinin bundan sonra hakimiyyətdə olmağa mənəvi haqqı yoxdur. Qadın, yaşlı insan, uşaq daxil olmaqla 21 nəfər qətlə yetirilib, yaralılar arasında azyaşlı uşaqlar var. Bundan sonra Paşinyanın hakimiyyətdə qallmasına heç bir mənəvi haqqı yoxdur".

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə gəliblər. Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Paylaş: