🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Paşinyanla görüşə gələn “sadə vətəndaş” polkovnik çıxdı

04.02.2021 18:23 382 baxış sayı 2 dəq. oxuma
Paşinyanla görüşə gələn “sadə vətəndaş” polkovnik çıxdı

Dünəndən Ermənistanın baş naziri Nikol Paşinyanın guya xalq arasında olması ilə bağlı görüntülər erməni KİV-lərində ciddi tənqidlə qarşılanıb.

Jurnalistlər videogörüntüləri və fotoları incələdikcə Paşinyanı küçələrdə qarşılayan "sadə vətəndaşlar"la bağlı gülünc faktlar aşkarlayırlar.

"Dünən Artaşat polis şöbəsinin rəisi, polis polkovniki David Petrosyan qara eynək və papaqla Paşinyanı sevən xalq nümayəndəsi kimi görüntülərə düşdü. Onu Ararat bölgəsinə səfər edən Nikol Paşinyanla əl-ələ görüşən "yoldan keçən" vətəndaş kimi təqdim edirdilər..." - deyə erməni KİV-ləri yazıb.

Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sadə vətəndaşlar adı altında keçirdiyi görüşlər əvvəlcədən ssenariləşdirilir, görüşə yalnız onun tərəfdarları cəlb olunur.

İddia edilir ki, baş nazirin nüfuzunun aşağı düşməsi səbəbindən o, regionlara gedərkən və ümumilikdə şəhərdə gəzərkən yalnız öz tərəfdarları ilə görüşür. Həmin şəxslər görüşdən əvvəl təlimatlandırılaraq Paşinyanın qarşısına çıxarılır.

Paylaş: