"Postlarda tıxaca düşməmək üçün..." - Yol polisi rəsmisindən əhaliyə MÜRACİƏT
İyulun 5-dək karantin rejimi tətbiq olunan bütün şəhərlərin giriş-çıxışlarında, habelə Bakı şəhərinin daxilində də stasionar postlar qurulub. Baş Dövlət Yol Polisi İdarəsindən Bölgələrdəki postlarda gecikmə və tıxaclar olmadığı bildirilsə də, sürücü və sərnişinlərin əksəriyyəti Bakıdakı postlarda tıxac olmasından narazılıq edirlər. Paytaxtda qurulan postlardakı tıxacların səbəbi nədir?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bir sıra amillər səbəbindən stasionar postlarda süni tıxac yaranır. Onun sözlərinə görə, problem yaranmayacağı təqdirdə, bir nəfərin yoxlanışı 3 saniyə vaxt alır:
“Bakıda yoluxma hallarının sürətlə yayılması təəssüf doğurur. İyulun 5-dək karantin rejiminin tətbiq olunmasına görə paytaxtın bütün küçə və prospektləri yol polisinin tam nəzarətindədir. Ancaq etiraf etmək lazımdır ki, qurulmuş stasionar postlarda gecikmələr və tıxac yaranır. Bu da süni sıxlıqlardır.
DİN-in yoxlama aparan bütün əməkdaşları portkompüterlərlə təmin edib. Yəni, vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etdikdə 3 saniyə ərzində onun icazəli olub-olmadığı aşkarlanır. Postlarda gecikmələrin olması bir neçə amillə bağlıdır. Əvvəla, qeyd etdiyimiz kimi, vətəndaşlar mütləq qaydada şəxsiyyət vəsiqələrini üzərlərində götürməlidir. Əksəriyyət yalnız elektron icazə kağızı, yaxud SMS-lə aldığı icazəni göstərir. Bu zaman yoxlamanın müddəti 3 saniyə yox, 55 saniyə çəkir.
İkincisi, icazə alanların da sayı çoxdur. Tövsiyə edirik ki, lüzum olmadığı təqdirdə insanlar uzaq məsafələrə getməsinlər. Məsələn, görürük ki, Xətai rayonunda yaşayan və Yasamalda işləyən şəxsin səsi Qaradağdan gəlir. Guya ki, bazarlıq üçün gedib. Hər qəsəbədə supermarketlər var. Niyə görə evə bazarlıq etmək istəyənlər 10 kilometr uzağa gedirlər? Gecikmə və tıxacların olmaması üçün sürücü və sərnişinlərdən xahiş edirik: postlarda yoxlama növbəsi sizə çatmamış vəsiqənizi əlinizdə hazır edin”.
Şöbə rəisi maska taxmayan piyada və ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərin də cərimələnəcəyini bildirib:
“Hər bir postun yanında üstünlüyə malik nəqliyyat vasitələrinin hərəkəti üçün imkan yaradılıb. Ancaq təəssüflə qeyd etməliyik ki, bəzən sürücülər təcili tibbi yardım, yanğınsöndürmə və digər maşınların hərəkəti üçün nəzərdə tutulmuş həmin zolaqlara daxil olurlar. Bu isə onların fəaliyyətinə əngəl yaradır.
Taksi sürücülərinə tövsiyə edirik: avtomobildə şəffaf arakəsmə olsun. Nəfəs yollarını qoruyan tibbi ləvazimatlardan mütləq qaydada istifadə edilsin. İctimai nəqliyyatda fəaliyyət göstərən taksi və avtobus sürücüləri, habelə piyadalar maska taxmadıqları təqdirdə cərimələnəcəklər. Yoluxmanın azalması üçün tövsiyə edirik ki, karantinlə bağlı tələb olunan bütün qaydalara riayət olunsun və insanlar zəruri olmadıqları halda yaşadıqları yeri tərk etməyərək "evdə qal" kampaniyasına qoşulsunlar”.
Oxşar xəbərlər
“Bir də baxdım ki, uşaq “sdeniya”nın üstündədir” -...
Son Xeberler
Qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb oldu...
Son Xeberler
Heydər Əliyev prospektində qəza tıxaca səbəb olub
Son Xeberler
Bakıda qəza tıxaca səbəb oldu
Son Xeberler
Bakıda yanğın tıxaca səbəb oldu -
Son Xeberler
"Qarabağ" İngiltərədə Tıxacda Qaldı - Matçın Vaxtı...
Son Xeberler