Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
2020-ci il oktyabrın 30-dək "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
Oxşar xəbərlər
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam i...
Son Xeberler
İlham Əliyevdən mühüm
Son Xeberler
Səfərbərlik Xidməti çağırışçılarla bağlı məlumat y...
Son Xeberler
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət X...
Son Xeberler
Dövlət Xidmətindən çağırışçılara
Son Xeberler
Səfərbərlik Xidməti məlumat yaydı
Son Xeberler