🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Prezidentin köməkçisi müğənnilərin etirazlarından DANIŞDI

15.08.2020 09:41 402 baxış sayı 2 dəq. oxuma
Prezidentin köməkçisi müğənnilərin etirazlarından

"Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq".

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, toyların həyata keçirilməsi digər xidmətlərin də həyata keçirilməsini nəzərdə tutduğu üçün əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirlidir:

"Toyların keçirilməsi hər bir baxımdan yaxşı olardı. Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq. Amma digər tərəfdən məsuliyyətli dövlət anlayışı da var. Bu gəlirləri kənara qoyaraq insanların sağlamlığı önə keçir. Dövlət vətəndaşların sağlamlığı üçün bu addımları atmalıdır. Ona görə də toyların hansı məqamda keçiriləcəyi ilə bağlı fikir demək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur".

Paylaş: