Prezidentin Xudafərinə sürdüyü avtomobilin özəllikləri - VİDEO

18.11.2020 06:21 483 baxış sayı 2 dəq. oxuma
Prezidentin Xudafərinə sürdüyü avtomobilin özəllikləri -

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən eyni adlı şəhərlərə səfəri zamanı istifadə etdiyi avtomobil maraq doğurub.

 “AzCan Sentry” zirehli maşınının özəllikləri barədə Xəzər TV-nin “Birinci studiya” proqramında danışılıb. 

Bildirilib ki, “AzCan” təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisəsidir və avtomobil həmin müəssisədə hazırlanır. Maşın 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub və üzərində müxtəlif növ silahları quraşdırmaq mümkündür. 

Qeyd edilib ki, 17 ton ağırlığında olan “AzCan Sentry” 362 at gücündə, 6-7 litrlik dizel mühərrikinə sahibdir və tank əleyhinə minalara davamlıdır. 

Zirehli avtomobil iki modeldə istehsal edilir və 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilər. 

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: