
Putin və Rəcəb bəyə zəng edə bilər

Suriyada vəziyyətin gərginləşməsi fonunda Rusiya Prezidenti Putin və İran Prezidenti Rəisi arasında telefon danışığı baş tutub. Hər iki lider Suriyadakı son hadisələri müzakirə ediblər.
Kremlin məlumatına görə, danışıqlarda Suriya Ərəb Respublikasındaki duruma diqqət yetirilib və Suriyanın ərazi bütövlüyünün bərpası üçün dəstək ifadə edilib. Lakin diqqət çəkən məqam, hər iki ölkə liderinin Türkiyə ilə əlaqələrin vacibliyini vurğulamalarıdır.
Xatırladaq ki, son günlər Suriyanın şimalında, xüsusilə də Hələb ətrafında şiddətli döyüşlər baş verib. Bu vəziyyət regional sabitliyi təhdid edir və regional qüvvələrin, o cümlədən Türkiyənin rolunun daha da artmasına səbəb olur.
Bəzi siyasi müşahidəçilər düşünür ki, vəziyyət daha da gərginləşərsə, Rusiya və İran hər an Türkiyə ilə birgə hərəkət etmək üçün əlaqəyə keçə bilər.
Oxşar xəbərlər

Putin yenə qəza ilə bağlı İlham Əliyevə zəng etdi
Bugun.az

Putin: “Ərdoğanla işləmək xoş və etibarlıdır”
Son Xeberler

Ərdoğan Əliyevə zəng etdi
Bugun.az

Putin niyə iki liderlə birgə Əliyevə zəng etdi? -M...
Bugun.az

Paşinyan yenə Putinə zəng etdi
Son Xeberler

SON DƏQİQƏ! Putin koronavirus peyvəndinin hazır ol...
Son Xeberler