“Qafqazın Xirosiması” - “France-24” Ağdamdan reportaj hazırladı / VİDEO
Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir.
Bu barədə “France-24” telekanalının erməni işğalından azad edilmiş Ağdamdan hazırladığı reportajda deyilir.
Bildirilir ki, Xankəndidən yarım saatlıq məsafədə yerləşən Ağdam Azərbaycan qalası olub. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər.
Bərpa etməmişdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycanın işğaldan azad edilmiş digər rayonları kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları məsafədən idarə olunan minatəmizləyən robotu işə salıblar.
ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov bildirib ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın müxtəlif növ bombalar, aşkar edilərək zərərsizləşdirilib. Onun sözlərinə görə, insanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır.
Həmçinin, qeyd edilir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə vurulmuş ziyanı 100 milyard dollardan çox dəyərləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.
Etiketlər
Oxşar xəbərlər
“Al Jaazeera” Ağdamdan reportaj hazırlayıb -
Son Xeberler
Niderland nəşri: “Qarabağ” Qafqazın “Barselona”sıd...
Son Xeberler
Tarixdə ilk dəfə-
İdman Xəbər
“France-24”dən Kəlbəcər haqqında reportaj -
Son Xeberler
“Röyters”məcburi köçkünlərlə bağlı reportaj hazırl...
Son Xeberler
Qarabağda təmas xəttindən olan reportaj “ayın vide...
Son Xeberler