🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qanunsuz şəkildə erməni kəndinə birləşdirilmiş ərazi Azərbaycana təhvil verildi

04.01.2021 15:23 357 baxış sayı 2 dəq. oxuma
Qanunsuz şəkildə erməni kəndinə birləşdirilmiş ərazi Azərbaycana təhvil verildi

Bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnuxu kəndinə qanunsuz şəkildə birləşdirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib.

Bu barədə Gorusun icma başçısının müavini Menua Ovsepyan bildirib.

Onun sözlərinə görə, ermənilər heç bir təhlükə hiss etmirlər. O həmçinin Azərbaycan tərəfinin artıq kənddə nəzarət postu qurduğunu açıqlayıb.

Qeyd edək ki, 1990-cı ildən sonra Ermənistan hakimiyyəti Azərbaycanın sərhədboyu kəndlərini də işğal etmiş, həmin ərazilərə qanunsuz olaraq erməniləri köçürmüşdü. 44 günlük döyüşlərdən sonra imzalanmış bəyanata əsasən, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxır. Şurnuxu kəndinin Azərbaycana düşən ərazisindən də ermənilərin çıxması bəyanatın şərtlərinə uyğun olaraq aparılır.

Ermənistanın baş naziri Nikol Paşinyan sərhədyanı bölgələrdən ermənilərin çıxması və Azərbaycanla sərhədin müəyyənləşdirilməsi ilə bağlı bildirmişdi: “Ölkəmizin beynəlxalq səviyyədə qəbul olunan sərhədinə çəkilirik”.

Paylaş: