
Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiyadan ölkəyə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Bildirilir ki, həmin məlumat əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya istiqamətindən “Samur“ gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi “SCANİA R420” markalı, 99 UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd müxtəlif versiyalı “iPhone 11” markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib.
Etiketlər
Oxşar xəbərlər

Gömrükdə qaçaqmalçılığın qarşısı alındı
Son Xeberler

Mobil telefonun partlama anı -
Son Xeberler

Bu da Zəngilana gətirilən suriyalıların siyahısı -
Son Xeberler

Google Play-də 15 zərərli tətbiq aşkar edilib!
Texnologiya xəbərləri

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarl...
Son Xeberler

Dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsi...
Son Xeberler