Son Xeberler
9 abunə
Qanunvericiliyə dəyişiklik edilir - Pensiyaçıların NƏZƏRİNƏ!
19.02.2021 08:35
341 baxış sayı
3 dəq. oxuma
İnzibati Xətalar Məcəlləsinə "Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən istifadə edilməklə baxılmanın xüsusiyyətləri” adlı fəsil əlavə olunur.
Bu, Milli Məclisin 23 fevralda keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirə ediləcək "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu sahədə inzibati xətalar müvafiq icra hakimiyyətin orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində "Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq.
Fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanının (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının (qurumun) informasiya sisteminə göndəriləcək.
Oxşar xəbərlər
Bu hərbi qulluqçuların siyahısında dəyişiklik edil...
Xəbər Anı
59
29/10 10:26
Əmək Məcəlləsinə dəyişiklik edilir
Son Xeberler
383
17/06 12:35
Azərbaycanda yeni medal təsis edilir
Son Xeberler
309
19/11 05:35
Bakı-Sumqayıt qatarlarının bəzi reysləri ləğv edil...
Xəbər Anı
55
29/10 13:52
Vahid Mustafayevin şirkəti cərimələnə bilər
Xəbər Anı
51
25/10 16:49
Azərbaycanda yeni medal təsis edilir
Son Xeberler
357
07/09 14:33