Son Xeberler
Son Xeberler

17.11.2020 20:13

6 abunə

453

“Qarabağla bağlı Rusiya ilə əməkdaşlığımız davam edir” - Hulusi Akar

“Qarabağla bağlı Rusiya ilə əməkdaşlığımız davam edir” -

“Ankarada türk və rus hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağda atəşkəsdən sonra görüləcək işlər başda olmaqla bir sıra məsələlərin müzakirə olunduğu texniki görüşlər keçirildi. Qarşılıqlı fəaliyyətimiz davam edir”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Akar Dağlıq Qarabağla bağlı imzalanan bəyanatdan sonra Türkiyə və Rusiyanın Müdafiə Nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzin yaradılması haqda memorandumun imzalandığını xatırladaraq deyib:

“Bunların hamısı çərçivə sənədidir, içini doldurmaq üçün çalışmaq lazımdır. Bununla əlaqədar Rusiyadan geniş texniki heyət gəldi, görüşlər keçirildi. Qarışılıqlı əməkdaşlığımız davam edir”.

 

 

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine