Qardaş bacısını kəndirlə boğaraq öldürdü
Bu il mayın 15-də Masallı rayonu Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
İstintaqla zərərçəkmişin qardaşı Rafiq Gözəlovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Könül Məmmədrzayevanı kəndirlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Ovçular maralı boğaraq öldürdü -
Son Xeberler
Qardaşın bacısını suda boğaraq öldürməsinin
Son Xeberler
Qubada ata qızını boğaraq öldürdü
Son Xeberler
Azərbaycanda kişinin hamilə arvadını dənizdə boğar...
Son Xeberler
6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim ö...
Son Xeberler
Ailə faciəsi: 5 qardaş eyni evdə öldü
Xəbər Anı